Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gecikməsinin səbəbləri açıqlanıb

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu dəhlizinin tikinti işlərini 2016-cı ildə yekunlaşdıracaq. Buraya torpağın üst qatı, dəmir yollarının elektrikləşdirilməsi və digər əlavə işlər daxildir. Bu ilin sonuna isə yük qatarlarının istismarını sınaqdan keçirmək olar. Lakin BTQ-nin istismara başlaması təkcə Azərbaycandan asılı olan iş deyil. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Türkiyədə hökumətin dəyişməsi ilə əlaqədar layihənin reallaşdırılması bir qədər ləngidi. Lakin biz Türkiyənin hökumət başçısı ilə danışıqlar apardıq və bizə bildirildi ki, layihənin reallaşdırılması ilə bağlı işlərin 2016-cı ilin noyabr ayında yekunlaşması nəzərdə tutulub", - C.Qurbanov qeyd edib.
Xatırladaq ki, BTQ dəmiryolu xətti layihəsinin 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda, Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla, 98 km uzunluqda Qars-Axalkalaki dəmiryolunun tikintisini nəzərdə tutur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












