Bakıda 10 günlük SMS icazə tətbiq ediləcək? – AÇIQLAMA

Noyabr ayında Bakıda keçiriləcək COP29-la əlaqədar olaraq paytaxtda bir sıra qadağaların tətbiq ediləcəyinə dair məlumatlar yayılıb. Belə ki, noyabrın 10-dan 22-dək məktəblərin distant təhsilə keçid edəcəyi, küçəyə SMS icazə ilə çıxılacağı, bəzi yolların, küçələrin bağlı saxlanılacağı iddia edilir.
Dünən məlum oldu ki, COP29 keçirilən ərəfədə bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb. Görəsən, deyilənlər nə dərəcə realdır?
Avtosfer.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən sabiq deputat Vahid Əhmədov sosial şəbəkələrdə belə bir məlumatla qarşılaşdığını bildirib.
O, COP29 tədbiri ilə əlaqədar bir sıra qapanmaların mümkün olduğunu deyib:
“Bilirsiniz ki, COP29 böyük bir tədbirdir. Həmin tədbirlə əlaqədar ölkəmizə dövlət başçıları, nazirlər, digər məmurlar, başqa qonaqlar səfər edəcək. Nəticə etibarilə əhalinin çoxluğu səbəbindən şəhərdə hədsiz sıxlıq olacaq. Ola bilər ki, tədbiri yüksək səviyyədə keçirə bilmək üçün müəyyən məhdudiyyətlər, eləcə də SMS icazə tətbiq edilsin. Burada qeyri-adi heç nə görmürəm”.
Sabiq deputatın sözlərinə görə, gələn qonaqlar paytaxtdakı otellərdə yerləşdiriləcəklər:

Vahid Əhmədov
“Faktiki olaraq otellərdə boş yer olmayacaq. Çünki doğrudan da ölkəyə çox adam gələcək. Ola bilər, təhlükəsizliyin təminatı ilə əlaqədar məhdudiyyətlər qoyulsun. Amma toyların qadağası, SMS icazə və s. ilə bağlı konkret məlumatım yoxdur. Lakin indiki zamanda təhlükəsizliyi təmin etmək də bizim üçün çox vacibdir. Görürsünüz, dünən İranda HƏMAS liderini andiçmə mərasimi ərəfəsində öldürdülər. Ona görə də bu kimi halları nəzərə alıb, tədbir görmək lazımdır. Bu, çox ciddi məsələdir”.
Vahid Əhmədov deyib ki, qapanma bütün paytaxtı əhatə etməyə bilər:
“Məndə olan məlumata görə, Bakıda otellərin hamısı dolu olacaq. Ola bilər ki, məhdudiyyətlər şəhərin mərkəzinə, bir az kənara, yəni Mərdəkan, Bilgəh və s. ərazilərə tətbiq edilsin. Hər şey nəzərə alınacaq. Açığı, qapanma olarsa da, normal qəbul edərəm. Çünki bizim üçün indiki zamanda, ağır dövrdə təhlükəsizliyin təminatı çox vacibdir. Həm də COP29 kimi vacib tədbirin Azərbaycanda keçirilməsi çox önəmlidir. Bu səbəbdən də müvəqqəti narahatlığa normal baxmaq lazımdır”.
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?










