Bakıda ağır qəza: sürücü öldü

Gecə Bakıda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Səbail rayonu Salyan şossesində baş vermiş qəza zamanı 1973-cü il təvəllüdlü Hüseynov Rasim Hüseyn oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomaşını iritonnajlı yük maşınının arxa hissəsinə çırpıb. Nəticədə minik maşının sürücüs Rasim Hüseynov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. İlkin məlumatlara görə, Rasim Hüseynov avtomobillə Bakı-Qazax magistralı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın Türkiyənin nəqliyyat şirkətlərindən birinə məxsus olan iritonnajlı yük avtomobili ilə toqquşub. Hadisə ilə bağlı qəza baş verən ünvanda Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Qəzanın hansı səbəbdən baş verməsinə isə hadisə ilə bağlı başlanan cinayət işinin istintaqı zamanı aydınlıq gətiriləcək. Qəza zamanı iritonnajlı yük maşının sürücüsünün ad və soyadını öyrənmək istəsəyən ANS əməkdaşlarına Səbail rayon polis idarəsindən hər hansı bir məlumat veilməyib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












