Bakıda avtobuslar yoxlanılır

Bakıda sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, monitorinqlərin aparılmasının əsas məqsədi payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etməkdir.
Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: "Oktyabr ayında da belə monitorinq keçirilib.
Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır".
Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılırlar: "Təlimatlarda məqsəd sürücülərə mürəkkəb situasiyada və soyuq havalarda, yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər".
Qeyd edək ki, bütün bu tədbirlər "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC tərəfindən həyata keçirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












