Bakıda avtomobil qadağası «zapravka»ları ziyana saldı

Regionlardan paytaxta avtomobillərin girişinə məhdudiyyət qoyulması yanacaqdoldurma məntəqələrinin (YDM) gəlirinə mənfi təsir edib. Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, 15 sentyabr tarixindən etibarən səhər saatlarından Bakıya girişə qadağa qoyulduğu üçün rayon qeydiyyatlı avtomobillər şəhərə daxil ola bilmir. Yol polisi əməkdaşları da paytaxta gələn avtomobillərin sayının kəskin azaldığını bildirirlər.
Benzin istehlakçılarının sayının azalması ilə bağlı yanacaq doldurma məntəqələrinin işçiləri arasında kiçik araşdırmadan sonra məlum olub ki, YDM-ləri ziyarət edən avtomobillərin sayı gözə çarpacaq dərəcədə azalıb. YDM operatorlarından bəziləri hətta iddia edir ki, gəlirlər demək olar 30 faizə qədər azalıb. «Azərbaycanın regionlarından Bakıya gələn avtomobillərin sayı xeyli azalıb. Əvvəlki dövrdən fərqli olaraq indi Bakı küçələrində olduğu kimi YDM-də də sıxlıq azalıb. Sözsüz ki, tıxacların azalması əhali üçün əla xəbərdir, amma YDM-lər üçün bu, heç də arzuolunan deyil», - deyə operator deyib.
Rayon qeydiyyatlı avtomobillər Bakıda daha gecə vaxtları üstünlük təşkil edir. Xüsusi olaraq YDM-lərdə həmin saatlarda dizel yanacağına tələbat artır.
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










