Bakıda bəzi yollarda sürət həddi azaldılıb

Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti aşağı salınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, dünəndən etibarən sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.
Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsində Prezident iqamətgahının qarşısına kimi yollarda hərəkət sürəti aşağı salınıb.
“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb meteoroloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.
Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.
Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












