Bakıda binalarda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanılıb

Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini və zirzəmilərdən keçən elektrik xətlərini oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri etməkdə şübhəli bilinən Elvin Alıyev tutulub.
Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı paytaxtın digər rayonlarında da analoji hadisələr etdiyi məlum olub.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binalarda quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.



“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












