Bakıda bir sıra küçələr bağlanacaq - SİYAHI

27 sentyabr Anım Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, Anım Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-sı və 27-si bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
“27 sentyabr Anım Günü münasibətilə paytaxt ərazisində keçiriləcək tədbir saat 09:00-dan 13:00-a qədər nəzərdə tutulub. Tədbir Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyi Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub. Qeyd olunan istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən istifadə etməməyi xahiş edirik”.
Vaqif Əsədov onu da əlavə edib ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-adək, sentyabrın 27-də isə 06:30-dan 14:00-adək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










