Bakıda bu binaya narkomanlar toplaşır

Bakının Yasamal rayonunda baxımsız vəziyyətdə olan binaya narkomanlar toplaşırlar. Avtosfer.az.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.
“Bina M.F.Axundov küçəsi, 86 ünvanında yerləşir. Üçmərtəbəli binanın sonuncu mərtəbəsində qadınlar yaşayır. Baxımsız qalan aşağı mərtəbələrdə isə gecələr toplaşan bomjlar və narkomanlar hay-küy salırlar. Ərazidə antisanitar vəziyyət hökm sürür”, – deyə şikayətdə vurğulanır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər görülür:
“Adıçəkilən ünvanda da narkotik maddə istifadəçiləri, həmçinin tüfeyli həyat tərzi keçirən şəxslərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib. Bu istiqamətdə tədbirlər diqqət mərkəzində saxlanılır”.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












