Bakıda bu işıqfor bir ildən çoxdur işləmir - VİDEO

Qəzaları azaltmaq, sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.
Məlumata görə, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir. Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.
Məsələ ilə bağlı əvvəlcə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd edilən ünvandakı işıqforlar mərkəzin balansında deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Ətraflı videomaterialda.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












