Bakıda bu tarixlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxt Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Belə ki, avqustun 15-i saat 22:00-dan etibarən avqustun 18-i səhər saat 06:00-a qədər, Sahil bağından Axundov kitabxanasına tərəf olan yerüstü piyada keçidinin quraşdırılması ilə əlaqədar Xaqani küçəsinin Xaqani-Bülbül kəsişməsi və Xaqani-Rəşid Behbudov prospektinə qədər olan hissədə qeyd edilən saatlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət qoyulan vaxtlarla bağlı dəqiq məlumatı təqdim edirik:
16 avqust saat 22:00-dan 17 avqust saat 06:00-dək
17 avqust saat 22:00-dan 18 avqust saat 06:00-dək
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












