Bakıda dayanacaq dərdi nə vaxt çözüləcək?

Bakıda sərnişindaşıma sektorunda edilən dəyişikliklər, yeni avtobus marşrutlarının açılması, bəzilərinin bağlanması, bəzilərinin isə hərəkət marşrutunda dəyişiklik edilməsindən sonra əhalidə müəyyən çaşqınlıq yaranıb. Bəzi yerlərdə avtobus dayanacaqlarının quraşdırılmasına ehtiyac olduğu halda, orada insanlar açıq səma altında avtobus gözləməli olurlar. Bəzi yerlərdə isə dayanacaq var, amma kimsə orada saatlarla gözləsə də, avtobus üzünə həsrət qalır.
Məsələn, avtobussuz dayanacaqlardan biri Bakı Dəniz Vağzalının yanında yerləşir. Avtobus marşrutlarında dəyişiklik edildikdən sonra artıq bu dayanacağın qarşısında heç bir avtobus dayanmır. Amma buradakı informasiya terminalı işləyir və elektrik enerjisini israf edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı milli.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "Paytaxtdakı avtobus dayanacaqları birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır və onlar tərəfindən ya quraşdırılır, ya da ləğv olunur. Əgər dayanacaq ləğv olunarsa, informasiya terminalı da o zaman götürüləcək. Artıq bildirilib ki, avtobusların hərəkət qrafiki ilə bağlı optimallaşdırma işləri görülür və bütün dayanacaqlar avtobusların qrafiki və gəliş vaxtı ilə bağlı dəqiq məlumatlarla təmin olunacaq. Bütün məlumatlar isə ilin sonunda yenilənir. Bu səbəbdən də ilin sonunda informasiya terminalları ilə bağlı yekun qərar veriləcək. Ona qədər işlərin tam yekunlaşdırılması planlaşdırılır. Əgər oradan heç bir avtobus keçməyəcəksə və dayanacaqda dayanmayacaqsa, o zaman oradakı terminal da götürüləcək".
Qeyd edək ki, nəqliyyat nazirinin müavini Musa Pənahov deyib ki, nazirlik artıq bu istiqamətdə işlərə start verib: "İctimaiyyətin nəqliyyata tələbatı çoxdur, biz də bunun üzərində işləyirik ki, müəyyən dayanacaqlarda avtobusların dayanma yerlərini dəyişək. Çünki elə dayanacaq var ki, orada insanlar olur, eləsi var ki, boşdur. Ona görə də bununla bağlı optimallaşdırma aparırıq. Bu da yəqin ki, öz nəticəsini verəcək. Amma bu gün gördüyümüz əsas iş həmin saatlarda əlavə avtobuslar buraxdırmaqdır".
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT











