Bakıda kütləvi dava: Polislər yaralandı

Bakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib. Avtosfer.az “report”-a istinadən xəbər verir ki, Səbail rayonu, Xəqani küçəsində sərxoş vəziyyətdə olan iki gənc ucadan danışmaqla, nalayiq sözlər işlətməklə vətəndaşları narahat etdikləri üçün ərazidə olan polis əməkdaşları onları intizama dəvət ediblər. Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib. F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












