Bakıda maşınların orta hərəkət sürəti artıb - VİDEO

Paytaxtın əsas küçə və prospektlərində orta hərəkət sürəti artıb. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, Bakı şəhərinin əsas küçə və prospektlərində cari ilin sentyabr ayında keçən illə müqayisədə nəqliyyat vasitələrinin orta hərəkət sürətində artım müşahidə olunub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunan yol kəsişmələrində işıqforlara yeni vaxt planlarının tətbiq olunması və Ziya Bünyadov prospektinin tam istifadəyə verilməsi orta hərəkət sürətini artırıb.
Həmçinin geriyə dönmə əmrlərinin icrası, dairəyə girmədən geriyə dönmənin təşkili və bu kimi digər təkliflər Bakı şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin orta hərəkət sürətini artırıb.
Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızının sözlərinə görə, keçən illə bu ilin orta hərəkət sürəti arasında kifayət qədər fərq var:
“Nəzərə alsaq ki, il ərzində ölkəyə çoxlu sayda avtomobil gətirilir. Hazırda statistik məlumatlara istinad etsək görərik ki, ötən il ölkəyə 22915 avtomobil gətirilib”.
Bununlada Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi, Rəşid Behbudov küçəsi, Tiblisi prospekti və digər 10 böyük küçə və prospektlərdə orta hərəkət sürəti artıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












