Bakıda maşınlarla satılan suyun keyfiyyəti necədir? – ARAŞDIRMA - VİDEO

İçməli su verilməyən ərazilərdə sakinlər suyu maşınlarla alır. Sakinlərdən kimisi içməli suya olan tələbatını ödəmək üçün 30, kimisi 40, kimisi 50 də manat pul xərcləyir.
Bəs həmin su maşınlara haradan doldurulur?
Binə qəsəbəsinin bir çox yerlərində əhali su problemi yaşayır. Həyətlərdə yalnız şor su çıxan quyular var ki, onlar da bir müddətdən sonra quruyur. Vaxtaşırı içməli suyu pulla alan qəsəbə sakinləri ayda 40-50 manat pul xərcləməli olduqlarını deyirlər. Ancaq həmin sudan heç də hamı razı deyil. Öyrəndik ki, su maşınlarının qiyməti məsafəyə görə təyin edilir. 2 kilometrlik məsafəyə 40-50, yaxın məsafələrə isə 15-20 manata satılır.
Suyun təmizliyi, haradan doldurulması, bunun üçün xüsusi icazə kağızının olub-olmaması ilə maraqlandıq. Sattlarla gözləsək də, su satılan obyektin sahibi ilə rastlaşmadıq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, quruma aid olan maşınlarla əhaliyə su daşınırsa,maşının daxili səthinə, izolyasiya vəziyyətinə baxış keçirilir, mexaniki təmizləmə, xlor tərkibli reagentlərlə zərərsizləşdirmə işləri aparıldıqdan sonra bu və ya digər nöqtələrə suyun daşınmasına başlanılır.
Xidmətin nəzarətində olan maşınlar əhaliyə veriləcək suyu mərkəzləşdirilmiş magistral su şəbəkəsi nöqtələrindən götürür. Həmin nöqtələrə verilən sudan hər gün Mərkəzi Laboratoriya tərəfindən nümunə götürülür və analiz aparılır. Suyun keyfiyyətinə, sanitar-gigiyenik vəziyyətinə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nəzarət edir və cavabdeh olur. Qeyd olundu ki, qurumun balansında olmayan maşınlara nəzarəti isə onların sahibləri həyata keçirir. Bu işlərə görə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məsuliyyət daşıyır.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, təmsil etdiyi qurumun sanitar pasportu olmadan heç kim su satışı ilə məşğul ola bilməz. Binə qəsəbəsində içməli suyu yalnız bir vaxtlar "Azərsu" ASC-nin çəkdirdiyi su xəttindən götürməyə icazə var. Su maşınlarının fəaliyyəti üçün isə mərkəzin xüsusi icazəsi olmalıdır. Ziyəddin Kazımov onu da qeyd edib ki, su maşınlarının vəziyyəti və daşıdığı sudan analiz nümunələri götürülür. Bu mərhələdən keçdikdən sonra sürücülərə sanitar pasport verilir.
Ətraflı videomaterialda.
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb










