Bakıda nəqliyyat vasitlərinin sayında fantastik ARTIM

Bakı Nəqliyyat Agentliyi son günlər paytaxt ərazisində nəqliyyat sıxlığı ilə bağlı araşdırma aparıb. Agentliyin rəsmisi Mais Ağayev Avtofer.az-a bildirib ki, sərt karantin rejiminin tətbiq edilməsinə və smsm icazə sisteminin mövcudluğuna rəğmən son vaxtlar gündəlik sərnişin səfər sayında və nəqliyyat axınında artım müşahidə olunur.
"Nəqliyyatı İntellektual İdarəetmə Sistemi tərəfindən 42 küçə və prospektdə aparılan təhlillərə əsasən 14-18 dekabr aralığında gündəlik nəqliyyat axınında müşahidə olunan azalma tendensiyası dekabrın 21-dən sonra artıma doğru dəyişib. Gündəlik nəqliyyat axınında qeydə alınan artım təxminən 18%-dir. Son iki günün statistikası artım dinamikasının davam etdiyini göstərir. Belə ki, 29 dekabr tarixində 42 küçə və prospektdə sms icazə sistemindən əvvəl 7 dekabr tarixində olduğu kimi təxminən bir milyondan artıq nəqliyyat vasitəsi qeydə alınıb.
Artım özünü gündəlik sərnişin səfər sayında da göstərməkdədir. SMS icazə sisteminin tətbiq olunduğu ilk həftə ilə müqayisədə gündəlik sərnişin səfər sayının təxminən 1 200 000-ə qədər idisə hazırda bu göstərici 1 500 000-dən çoxdur."
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












