Bakıda piyada terroru: "Əsas odur ki, salamat gedib çıxasan"

Ötən gün respublika ərazisində 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb. Qəzaların 10-u piyadavurma ilə əlaqədar olub. Belə ki, ölənlərdən 7-si, yaralananlardan isə 6-sı məhz piyadalar olub. Yaralananların içində 3 nəfəri məktəb yaşlı yeniyetmələr olub.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev qeyd edib ki, hadisələrin 2-si toqquşma, 4-ü isə maneəyə vurma nəticəsində baş verib: "Toqquşma zamanı 2 nəfər xəsarət alıb, maneəyə vurma zamanı isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Baş verən hadisələrin bəziləri məhz meteoroloji şəraitlə, yəni havaların yağmurlu keçməsi ilə bağlı olub. Belə havalarda yollar sürüşkən olur, görmə imkanları isə məhdudlaşır. Sürücülər də belə havalarda sürət həddini düzgün müəyyən etmədiklərinə görə belə bədbəxt hadisələr baş verir".
Piyadavurma hadisələrinin əksəriyyətinin günün məhz qaranlıq vaxtlarında qeydə alındığını deyən şöbə rəisi "piyada terroru" ilə bağlı ciddi narahatlığın olduğunu açıqlayıb: "Belə ki, 10 hadisədən 7-si günün qaranlıq saatlarında, yəni görmə məhdudiyyəti olduğu vaxtlarda baş verib. Onlardan 4-ü səhər sübh tezdən, 3-ü isə saat 17-18 radələrində baş verib. İnsanlar əsasən səhər və axşam işə, məktəbə və evə gedib-gələrkən tələsirlər və yolun hərəkət hissəsinə çıxır, diqqətsizlik və məsuliyyətsizlik edirlər. Onlar bilməlidirlər ki, yolda heç vaxt tələsmək olmaz. Evə, işə bir az gec də çatmaq olar. Əsas odur ki, salamat gedib çıxasan".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












