Bakıda polisi öldürüb, silahını 600 dollara satıblar - FOTO

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 10 il əvvəl baş vermiş ağır cinayətin açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib. 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirmiş və ona məxsus «Makarov» tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb. Faktla əlaqədar Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 və 232.2.3-cü maddələri ilə cinayət işi başlanıb. Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb. Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb. İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılmışdır. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib. Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə «Makarov» tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu tratil aşkar olunaraq götürülüb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Emin
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Qubada qırıcımızın havaya qaldırılmasının səbəbi bilindi - Yeni açıqlama
Skuterlə avtobusa minmək olar?
Motosiklet sürücülərinin qayda pozmalarının qarşısı necə alına bilər? - EKSPERT
Velosiped zolaqlarında təhlükənin qarşısı necə alınmalıdır? – TƏKLİF
Gürcüstandakı “insan mərkəzli küçə” nümunəsi Bakıya gətirilə bilər? - FOTO
Slovakiya Azərbaycana nəqliyyat sahəsində əlaqələri artırmağa kömək edə bilər - İQTİSADÇI
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA
Avtobusda kondisioneri işlətmədi, xəbərdarlıq olundu - RƏSMİ











