Bakıda qəzaya düşüb iflic olan idmançıdan ilk müsahibə - Video

Gündəm 5 Noyabr 2015 00:29 Oxunub 1521
Bakıda qəzaya düşüb iflic olan idmançıdan ilk müsahibə - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi yenidən başlamalıyam”

Bakıda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Sahinoviç qəzadan sonra ilk dəfə müsahibə verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Avstriyanın ORF telekanalı iflic olmuş üzgüçü haqda sujet hazırlayıb. Telekanalın məlumatına görə, 11 iyun 2015-ci il tarixində Vanessanın həyatı bir göz qırpımında dəyişib. Avropa Oyunları açılışına bir gün qalmış Vanessa və onun daha iki komanda yoldaşını avtobus vurub. İnsident zamanı sağ ayağı zədələnən Luna Payer və sınıq xəsarətləri alan Verena Braytdan fərqli olaraq Vanessa Sahinoviçin aldığı zədələr daha ağır olub. Onurğa sütunundan ciddi zədə alan Sahinoviç koma vəziyyətində təcili olaraq Vyanaya göndərilib və burada 15 yaşlı idmançını əməliyyat ediblər. Bir neçə ağır cərrahiyyə əməliyyatı keçirən və komadan çıxan Sahinoviç hazırda əlil arabasına məhkumdur.

Sahinoviçin sözlərinə görə, o, Bakıdaki dəhşətli anı xatırlamır. “Mən nəyin baş verdiyini bilmirdim. Ayılanda məşqçinin mənə yardım göstərməyə çalışdığını gördüm və ondan nəyin baş verdiyini soruşanda o mənə bizim avtobus altına düşdüyümüzü dedi”, - deyə Vanessa ORF telekanalına müsahibəsində bildirib.

Ayaqları iflic olan 15 yaşlı idmanç, ona paraplegiya diaqnozu qoyulmazdan əvvəl xəstəxanada olarkən aşağı əzalarını hiss etmədiyini deyir: “Bu çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi yenidən başlamalıyam.”

Lakin buna baxmayaraq Sahinoviç çox optimistdir. “Hesab edirəm ki, hər bir insanın həyatında çətin mərhələ olur, gec-tez bu baş verir”, - deyə qız öz fikirlərini bildirir. Hazırda bərpa kursu keçən üzgüçü reabilitasiya zamanı səbrli olmağın vacibliyindən danışır: “Hər şey addım-addım baş verir, əgər sizin məqsədiniz varsa, siz mütləq ona nail olacaqsınız".

Avstriyanın AUVA reabilitasiya mərkəzində xüsusi terapiyadan keçən Vanessanın gənc həmkarı Kira Grünberqə də əlavə motivasiya verəcəyi ehtimal edilir. Dəhşətli təsadüf ucbatından bu mərkəzdə daha bir Avropa oyunları iştirakçısı müalicə alır.

İlk Avropa oyunlarının qalibi Kira Grünberg bu ilin iyulun 30-da növbəti yarışlara hazırlaşan zaman yıxılaraq onurğa sütünunu zədələyib. Vanessadan fərgli olaraq Kiranın boyundan aşağı bütün bədəni iflic olub.

İndi Avstriyada Vanessa və Kiraya yardım etmək üçün xeyriyyə aksiyası keçirilir. Aksiyanın məqsədi hər iki idmançının bərpa olunması üçün 100 000 avro yığmaqdır.

Xatırladaq ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb. Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulmuş və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh