Bakıda quraşdırılmış bu aparatlar illərdir istifadəyə yararsızdır - FOTO

Bakının bəzi ərazilərində quraşdırılmış “Ecobox” utilizasiya aparatları, fandomatlar uzun müddətdir istifadəyə yararsızdır.
Avtosfer.az xəbər verir ki, məsələylə bağlı paylaşılan fotoşəkillər sosial şəbəkədə müzakirələrə səbəb olub. Vətəndaşın sözlərinə görə, illər öncə paytaxtın Zahid Xəlilov küçəsindəki “Ecobox” aparatı elə quraşdırıldığı ildən bir neçə ay sonra fəaliyyətini dayandırıb. Eyni zamanda o, “Koroğlu” metrosunun yaxınlığında yerləşən “Bravo” hipermarketində də eyni mənzərə ilə qarşılaşdığını bildirib. Şikayətçi problemlə bağlı aidiyyəti qurum olan “Ecobox Collection and Recycling” MMC ilə dəfələrlə əlaqə qurmağa çalışsa da, onların cavab vermədiklərini qeyd edib.
Xatırladaq ki, 2018-ci ildə “Ecobox Collection and Recycling” MMC tərəfindən “Azercell Telekom”-un dəstəyilə ekoloji layihəyə start vermişdi. Layihə çərçivəsində istifadə edilmiş plastik və alüminium içki qablarının təhvil veriləcəyi sözügedən utilizasiya aparatları, fandomatlar təşkil olunmuşdu.
Problemlə bağlı aidiyyəti qurumla dəfələrlə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, səylərimiz cavabsız qaldı.
Nərmin


Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














