Bakıda səfirlik avtomobili ağır qəzaya düşüb: 5 yaralı

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Nəsimi rayon H.Ələsgərova küçəsində 1989-cu il təvəllüdlü Ağamirzə Ağayev idarə etdiyi "Wolksfagen Passat" markalı avtomobillə işıqforun qırmızı işığında keçib və digər yolla hərəkətdə olan İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə məxsus, Qədir Əliyevin idarə etdiyi "Mercedes"i vurub. 26 yaşlı sürücünün idrəetməsindən çıxan avtomobil daha sonra yolun kənarında dayanmış "Hyundai"a çırpılıb. Nəticədə səfirliyə məxsus olan "S00306" nömrə nişanlı avtomobildə olan İran vətəndaşları: 40 yaşlı Həmid Rza Kəşvəri və 1981-ci il təvəllüdlü Peyman Cəfəri, eləcə də A.Ağayevin sərnişinləri: Hüseyn Rzayev, Azad Abdullayev və Səxavət Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
A.Ağayev ilkin ifadəsində bildirib ki, ehtiyatsızlıq nəticəsində işıqforun qırmızı işığından keçib və qəza baş verib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












