Bakıda sərnişin avtobusu qəza törətdi - Yaralı var - FOTO

Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində ağır yol qəzası baş verib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, 10-TG-824 dövlət nömrə nişanlı 10 nömrəli marşrut avtobusu 10-RV-950 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili vurub. Hadisə nəticəsində minik avtomobili yararsız hala düşüb, sürücü sıxılmış vəziyyətdə maşında qalıb. Müxtəlif bədən xəsarətləri alan sürücü ətrafdakıların yardımı ilə maşından çıxarılaraq, hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya göndərilib. Şahidlərin dediyinə görə, qəza avtobus sürücüsünün günahı üzündən baş verib. Belə ki, sürətlə hərəkət edən avtobus düz xəttin tələblərini pozaraq ötmə əməliyyatı yerinə yetirmək istəyib. Bu zaman sola dönmək istəyən minik avtomobilini vurub. Qəzadan sonra avtobusun sürücüsü hadisə yerindən qaçıb.
Qeyd edək ki, küçədə ötmə əməliyyatı qadağan edilsə də, məhəlləyə dönmək olar.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar














