Banner

Bakıda sərnişin avtobusu yanıb - VİDEO

Gündəm 19 Avqust 2024 10:50
Bakıda sərnişin avtobusu yanıb - VİDEO
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Avtosfer.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Oxunub : 762
ŞƏRH YAZ
Ad

E-mail

Şərh