Bakıda sıxlığı rəqəmlərlə azaldacaqlar?

Bakı yollarındakı avtomobillərin sıxlığı ilə bağlı aylıq statistika açıqlanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Ş.Mehmanqızı bildirib ki, hazırda statistika hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: "Statistikanı açıqlamaqda məqsəd insanları hansı yollarda daha çox sıxlığın olması barədə məlumatlandırmaqdır. İstəyirik ki, əhali ay və ya gün ərzində, günün istənilən zamanında yollarda nə qədər avtomobilin keçdiyini bilsin. Düşünürük ki, ictimaiyyət hansı yolda avtomobil yükünün daha çox olduğunu biləcəyi təqdirdə, alternativ yollardan da istifadə edə bilər. Nəticədə, sıxlıq olan yolların avtomobil yükü az da olsa, azalmış olar".
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi bildirib ki, paytaxt yollarındakı tıxacların aradan qaldırılması üçün qurum müxtəlif tədbirlər həyata keçirsə də, sıxlığı tam aradan qaldırmaq mümkün deyil: "Sıxlıqdan şikayət edənlər bilməlidirlər ki, ildən-ilə paytaxtda avtomobillərin sayı artır. Bu səbəbdən tıxacların qarşısını qısa zamanda almaq çətindir".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












