Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq - ADSEA sədri

Bakıda texniki su ilə içməli su şəbəkələrinin ayrılması istiqamətində layihələr həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, içməli suyun istehsalı mürəkkəb və çoxmərhələli proses olduğundan onun texniki məqsədlər üçün istifadəsi məqsədəuyğun deyil:
"İçməli su çaylardan götürülərək ciddi təmizlənmə mərhələlərindən keçir və yalnız bundan sonra istifadəyə verilir. Bu suyun suvarma və sənaye məqsədləri üçün istifadəsi səmərəli deyil. Bu istiqamətdə pilot layihə Hövsan qəsəbəsində həyata keçiriləcək. Mövcud təmizləyici qurğunun reabilitasiyası planlaşdırılır və layihənin texniki əsaslandırması artıq tamamlanıb. Hövsanda layihənin bu il başlanması nəzərdə tutulur və təxminən 1–2 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Burada əldə olunan su texniki məqsədlər üçün sənaye və kənd təsərrüfatında istifadə olunacaq".
Z.Mikayılov bildirib ki, oxşar yanaşma digər layihələrdə də tətbiq ediləcək:
"Belə ki, planlaşdırılan 9 yeni təmizləyici qurğuda da suların təkrar istifadəsi nəzərdə tutulur. Texniki su şəbəkəsi içməli su sistemindən tam ayrılmalıdır. Texniki su şəbəkəsinə qanunsuz qoşulmalar sağlamlıq baxımından risk yarada bilər. Buna görə bu sistemlər ayrı infrastrukturlar üzərindən qurulmalı və yalnız təyinatı üzrə istifadə edilməlidir".
ADSEA-nın sədri bildirib ki, Sumqayıt sənaye zonasında mövcud təmizləyici qurğunun modernləşdirilməsi və gündəlik 100 min kubmetr gücündə yeni qurğunun tikintisi planlaşdırılır.
"Bu, su sənaye məqsədləri üçün istifadə olunacaq. Eyni yanaşma Ələt İqtisadi Zonasında da tətbiq ediləcək. Burada da texniki suya ehtiyac olan sahələr müəyyənləşdirilib və layihələndirmə işləri aparılır. Bütün bu layihələr mərhələli şəkildə həyata keçiriləcək və əsas məqsəd içməli su ehtiyatlarına qənaət etməklə onların daha səmərəli istifadəsini təmin etməkdir", - Z.Mikayılov vurğulayıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












