Bakıda tıxac problemini su nəqliyyatı ilə həll etmək olarmı? - VACİB AÇIQLAMA

Paytaxtda günün istənilən saatında müşahidə olunan tıxac problemi minlərlə insanın gündəlik həyatına təsir göstərir.
BAKU.WS-in məlumatına görə, həftənin iş günlərində yolların yüklənməsi, nəqliyyat vasitələrinin ləngiməsi həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur.
Bu fonda su nəqliyyatının – dəniz yolu ilə sərnişindaşımanın inkişaf etdirilməsi alternativ həll yollarından biri kimi gündəmə gəlir.
Bəs görəsən, Bakıda su nəqliyyatı real çıxış yolu ola bilərmi?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, paytaxtda küləkli hava şəraiti bu nəqliyyatın təşkilinə ciddi əngəldir:
"Bakıda küləkli günlərin sayı artıb. Əgər küləkli gündürsə, onda gəmilər hərəkət edə bilmir. Yəni bu nəqliyyat növü dayanıqlı olmayacaq. Bundan əlavə gəminin tam dolmamaış hərəkət etməsi və xərcləri tam ödəyə bilməməsi də var. Fikrimcə, bu nəqliyyat növü heç də Bakı üçün effektiv deyil.
Başqa bir araşdırmalar var idi ki, bərə əlaqəsi olsun - yəni avtomobillə daşıma reallaşsın. Hər maşın üçün 12 dollar qiymətindən danışılırdı. Bu da ciddi suallar yaradır ki, nə dərəcədə bunu istifadə edənlərin sayı çox olacaq.
Bizdə də əsas axın Bayıl-Yusif Səfərova və Bayıl-Nargilə istiqmətlərinədir. Bu nə qədər effektiv işləyəcək? Yəni bu suallar açıq olaraq qalır. Ona görə düşünürəm ki, Bakı buxtasındakı körpü ideyası kimi, həmçinin də dəniz üzərindən daşımanın təşkili qəliz görünür.
Su nəqliyyatı turistik ola bilər. Zatən "Mirvari" gəmisi var və mövsümü fəaliyyət göstərir. Havanın xoşu olan vaxtı turistlər ödənişin edir və dəniz turuna çıxa bilirlər. Hardasa 650 nəfər tutumu olan gəmidir. Onun da illər öncə bir problemi var idi. Dəniz çəkilməsinə görə yanalma körpüsünə çıxa bilmirdi. İndi onun yeri Bakı Dəniz Vağzalı ilə dəyişiblər və problem öz həlli tapıb".
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










