"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT

“Bu gün Bakıda tramvaylara ehtiyac var. Bu, həm ekologiyanın korlanmaması, həm də tıxac probleminin həlli üçün vacibdir. Tramvay xəttinin qurulması yol hərəkətinin təşkilinə və tıxacların aradan qaldırılmasına müsbət töhfə verəcək”.
Avtosfer.az xəbər verir ki, bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, tramvay elektrik enerjisi ilə işləyir və avtomobildən fərqli olaraq havaya zəhərli qaz buraxmır. 20 il bundan əvvəl tramvay xətlərini ləğv edib, yollarda avtomobillərin hərəkəti üçün əlavə zolaqlar saldılar. Dünya təcrübəsində, lap elə Türkiyədə tramvay yollarının kənarlarının hasarlandığını görə bilərik. Son nəticədə onlar tıxaca düşmür:
“Yəni, tramvay xətlərinin sökülməsindən və yollarda zolaqların sayının artırılmasındansa, xətlərin kənarlarını hasarlamaq daha yaxşı olar”.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












