Bakıda velosiped xətləri işə yaramağa başlayıb? - RƏSMİ CAVAB - VİDEO

AYNA-nın Bakı Regional Ofisinin rəhbəri Tərlan Səfərov sosial şəbəkə hesabında video ilə paylaşım edərək bildirib ki, Bakıda velosiped nəqliyyatı barədə şəhər mifləri qırılmağa başlayır. Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, "Bakının havası velosipedə uyğun deyil", "İşə gedən adam velosiped sürsə tərləyəcək", "velosiped sürən yoxdur, bu yollar nəyə lazımdır?", "bizim millət velosipedə minməz" və s. kimi fikirlər artıq yox olmağa başlayır.
Paylaşıma gələn rəylərdən birində bildirilib ki, maraqlı və dəyişikliyə ehtiyac olan iki məqam var:
"Birincisi, avtomobil yollarındakı nişanlamadır. Məsələn, yağışlı gündə avtombil yolları ilə olan kəsişmələrdə piyada zolaqları əyləcləmə zamanı sürüşməni artırır. Bundan sonrakı nişanlamalarda nəzərə almaq olar. İkincisi Bülbül prospektindəki zolağın bir hissəsidir, onu da Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyə qədər yolun sağ tərəfində təşkil etmək mümkün olsa, velosiped sürən zaman izafi gözləmə müddətini aradan qaldırmaq olar".
T.Səfərov qeyd edib ki, velosiped zolaqlarında xüsusi sürüşkənliyi olmayan boyalardan istifadə edilir:
"Yalnız ilkin mərhələdə təşkil edilmiş Bülbül prospekti kimi bəzi ərazilərdə sizin qeyd etdiyiniz problem var ki, onları da ən yaxın zamanda aradan qaldırarıq. Zərifə Əliyeva küçəsindən sonra zolağın sol tərəfdə təşkilinin məqsədi təhlükəsizlik olub ki, Z.Əliyevə küçəsindən sola dönən nəqliyyat vasitələri və velosipedlər arasında konflikt yaranmasın. Ümumilikdə, layihələrdə çalışırıq ki, velosipedçilərin detour etməsindən qaçaq. Bəzi hallarda təhlükəsizlik daha ön plana çıxır".
Qeyd edək ki, Bakıda velosiped zolaqlarının salınması sürücülər arasında narazılıq yaradan aktual məsələlərdən biridir. Sürücülər bu zolaqların yol hərəkətini çətinləşdirdiyini və tıxacların artmasına səbəb olduğunu bildirirlər.
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA










