Bakıda yeni söküntü dalğası: Kompensasiya nə qədərdir və sakinlər nədən narazıdır? - VİDEO

Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. Avtosfer.az xəbər verir ki, söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonunda Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi, ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 və Babək küçəsi, ev 23 aiddir. Görülən işlərlə bağlı sakinlərdən məlumat almaq üçün ünvanlardan birinə üz tutduq. Sabunçu rayon Babək küçəsi, ev 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var.Sakinlərin narazı olduğu digər bir məqam isə artırmaların hesablanmamasıdır. Tikinti ekspertlərinin sözlərinə görə isə, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar belə, nəzərə alınır. Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












