Bakıdakı metroların vestibülündə nişanlama işləri aparmaq təhlükəlidir – RƏSMİ AÇIQLAMA

“Xəzər TV”-nin efirində yayımlanan “Xəbər ertəsi” proqramında aparıcı Aytən Səfərova paytaxtdakı metro stansiyalarında vətəndaşların qatarlara rahat minib-düşməsi üçün atılmalı olan addımların gecikdirilməsi ilə bağlı fikirlər bildirib. Sosial şəbəkələrdə aparıcının fikirləri müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, Bakıdakı metro stansiyalarının vestibül hissəsində sərnişinlərin qatarların qapılarının yerinin müəyyənləşdirilməsi ilə bağlı yerdə nişanlama işlərinin aparılması ilə bağlı mövzu şəbəkələrin əsas müzakirəsinə çevrilib. Vətəndaşlar paytaxtın metro stansiyalarında İstanbul və digər inkişaf etmiş şəhərlərin metro sistemində olduğu kimi vestibül və dəhlizlərdə divarlarda və yerdə nişanlanma işlərinin məqsədəuyğun olduqlarını hesab etdiklərini və indiyə qədər bu işlərə başlanılmamasını bildiriblər.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, digər vacib məsələlər kimi bu barədə də araşdırmalar aparılıb və hələ də davam edir:

“Mövcud qeyri-dəqiqliklər olmasına baxmayaraq, bu işarələmələr aparıldığı halda Bakıdakı metro stansiyaların platformalarının bəli infrastrukturu və ölçüləri olduğundan, vaqonların modifikasiyalarının birindən fərqli olsa belə və qapıların eyni avxtda açılıb-bağlanması bu məsələ həllini tapsa belə mövcud sıxlıq şəraitində deyək ki səhər saatlarında “Koroğlu”, “20 Yanvar”, pilon tipli “28 May” kimi sərnişinlərin sıxlıq təşkil etdiyi stansiyalarda həmin işarələmə sisteminin təhlükəsizlik tələblərinə nə qədər cavab verəcəyi qiymətləndirilməlidir. Əgər ölkəmizdəki metro sistemini Tokio və digər şəhərlərin petropolitenləri ilə müqayisə etsək, görərik ki, bu ölkələrdə metro stansiyalarının platformalarının ölçüləri və orada sərnişinlərin növbəyə dayanma imkanları qiymətləndirilməlidir. Bu halda “Bakı Metropoliteni”nin “28 May”, “Sahil”, “İçərişəhər” “Elmlər Akademiyası”, “Nizami” kimi dərin özüllü və pilon tipli stansiyalarında belə addımların atılması sərnişinlər üçün kifayət qədər ağrılı və təhlükəli elementə çevrilə bilər.

Mətbuat katibi sonda onu da qeyd edib ki, hazırda qeyd edilən məsələ diqqət mərkəzində saxlanılmaqla, gələcəkdə metropolitenin inkişafı, eyni zamanda sərnişindaşıma istiqamətində aparılan monitorinqlər əsasında, əgər məqsədəuyğun bilinərsə, metro stansiyalarında belə nişanlama işlərinin aparılması ehtimalı var və tətbiq olunacaq.
Səfər
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Prezidentin köməkçisi Ermənistanı gəzdi - VİDEO
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
Sel suları 25 avtomobil yoluna ziyan vurdu - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu - SƏBƏB
Bakıda nəhəng hava limanı İNŞA OLUNUR: İxrac imkanları genişlənəcək - VİDEO
Məşhur aktrisanın yazışmaları ÜZƏ ÇIXDI - “Kokain lazımdır, təcili!”
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu










