Bakıdakı qanunsuz parklanmalar nəzarətə götürülməlidir - Ekspert

Bakı şəhərində qanunsuz parklanmalar artmaqdadır. Artıq demək olar ki şəhərin əksər hissələrində ki yol kənarları, boş yerlər ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib, yolların kənarları, piyada səkilərində qanunsuz parklanma yerləri yaradılıb. Vəzifəsi və kimliyi məlum olmayan müəyyən şəxslər həmin ərazilərə nəzarət edərək avtomobil sürücülərindən qanunsuz pul yığmaqla məşğuldur.
Trend xəbər verir ki, Bakı şəhəri ərazisindəki parklanmalar bir neçə ildir ki Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində alınaraq Bakı Nəqliyyat Agentliyinə verilsə də, agentlik həmin əraziləri hələ də təhvil almayıb. Hətta bəzi parklanma yerlərində Bakı Nəqliyyat Agentliyi xüsusi tablolar yerləşdirib. Tablolarda göstərilir ki, Bakı şəhəri ərazisində parklanma qiymətləri müəyyən edilənə qədər dayanacaqlar ödənişsizdir. Buna baxmayaraq bəzi şəxslər həmin dayanacaqlardan da pul yığır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat eksperti Rəşad Hüseynov bildirib ki, bu qanunsuzluqların qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi tədbirlər görməlidir: "Parklanma yerləri kimdəsə olmayıb ki, təhvil verilsin. Bu kağız üzərində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətinə verilən bir sahə idi ki, onlar da o vaxt həmin ərazilərə parkomaylar yerldirdi. Sonradan bu sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə verildi. Agentlik də dərhal həmin əraziləri nəzarətə götürməlidir. Bunun üçün Bakı Nəqliyyat Agentliyi hüquq mühafizə orqanları əməkdaşları ilə birlikdə reydlər keçirməli, qanunsuz pul yığılmasının qarşısını almalıdır. Bu prosesdə yığılan pullar hara gedir, hansı büdcəyə gedir, omüəyyən edilməlidir. Bu məsələdə Dövlət Vergi Xidməti də araşdırma aparmalıdır. Kimliyi məlum olmayan şəxslər sürücülərdən pullar alır, onlara heç bir qəbz vermir. Bu pulların hara getdiyi də məlum deyil".
Ə. Hüseynov bildirib ki, şəhərdə parklanma işi yenidən qurulmalıdır: "Bu gün səkilər də parklanma yerləri təşkil edilir, saxlamaq qadağan olunan yerlərdə naməlum şəxslər sürücülərə maşın saxlamağa yerlər təklif edirlər. Nəticədə əlilliyi olan şəxslər, uşaqlı analar uşaq arabası ilə hərəkət edə bilmirlər. Bu cür halların qarşısı təcili alınmalıdır".
Ekspert deyir ki, bu prosesdə digər tərəfdən də dövlət büdcəsi itirir: "Hamı bilir ki, bu sahədə real pul var. Müəyyən edilməlidir ki, bu yığılan pullar hara gedir, kim nəzarət edir. Bu sahəyə nəzarət edən şəxslər vergi ödəyicisidirmi, hara vergi ödəyir və necə ödəyir? Bunu heç kim bilmir. Qanunvericiliyə görə, parklanmaların qiymətini dövlət müəyyən edir. Dövlət də hələ bunu müəyyənləşdirməyib. Buna görə də bu məsələni Bakı Nəqliyyat Agentliyi nəzarətə götürməli, hüquq-mühafizə orqanları və Vergi Xidməti əməkdaşları ilə birlikdə reydlər keçirməli, bu cür halların qarşısını təcili almalıdır".
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










