Bakıdan oğurladığı maşınla Ucarda qəza törətdi; öldü

Balakən rayon sakini Bakıdan qaçırdığı maşınla Ucar rayonunda qəza törədib. Qəza nəticəsində sürücü ölüb, sərnişin isə ağır yaralanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Balakən rayon sakini 1993-cü il təvəllüdlü Bəkir Nazim oğlu Qarayev idarə etdiyi VAZ 2107 markalı, 10 OH 877 dövlət nömrə nişanlı maşınla qəza törədib. Qəza Bakı-Qazax yolunun 235-ci kilometrliyində, Ucar rayonu ərazisində baş verib.
Qəza nəticəsində sürücü hadisə yerindəcə keçinib. Sərnişin 1991-ci il təvəllüdlü Namiq Nizami oğlu Məmmədov xəsarət alıb.
Araşdırma zamanı məlum olub ki, qəzanı törədən avtomobil oğurluqdur. Bu barədə oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə maşının sahibi tərəfindən şikayət daxil olub. Polis faktla bağlı araşdırma aparır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












