“BakıKart”la bağlı problemlər BNA-nın yarıtmaz siyasətinin nəticəsidir - AÇIQLAMA

Artıq iki aya yaxındır ki, “BakıKart” tətbiqi işləmir. Bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olur? Bəs, bu məsələ nə zmaan öz həllini tapacaq?
Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, “BakıKart”la bağlı problemlər Bakı Nəqliyyat Agentliyinin vaxtilə yarıtmaz siyasətinin nəticəsidir:
“ Mən bilirdim ki, bir neçə müddət sonra “BakıKart” sistemi bir gün çökəcək. Çünki Bakı Nəqliyyat Agentliyi həmin sistemi sağlam təməl üzərində qurmamışdı. Bu sistemi quran Türkiyəyə məxsus bir şirkət idi. Şirkəti incitdilər, gah pullarını kəsdilər, gah başlarına bir oyun açdılar. Şirkətlə düzgün əməkdaşlıq qurmadılar, düzgün müqavilə bağlamadılar. Üzərlərinə heç bir öhdəlik qoymadılar. Nəticədə bu proses belə baş verdi. Düşünürəm ki, AYNA bu problemi qısamüddətdə həll etməyə çalışırsa, bunu səbrlə, təmkinlə gözləmək lazımdır. Başqa variant yoxdur. Ancaq vətəndaşlara dəyən ziyanı qarşılamaq lazımdır. Çünki vətəndaşı bu problemi hansı qurumun yaratdığı maraqlandırmır. Vətəndaş öz rahatlığını təmin etmək istəyir. Bu məsələləri vətəndaşlar üçün faydalı formada həll etmək lazımdır. Mümkün qədər tezləşdirsələr yaxşı olar. Amma bu texniki məsələdir. Azərbaycan tərəfindən asılı olan bir məsələ deyil. Türkiyə tərəfindən hansısa bir ciddi texniki problem yaranıb deyə onu həll etməklə məşğuldular. Ümid edirəm ki, problem aradan qalxandan sonra AYNA vətəndaşların da könlünü alacaq bir addımlar atacaq ki, insanlar bir daha narazılıq etməsinlər”.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza verlən məlumata görə, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etmək xahiş olunur”.
(demokrat.az)
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










