Bakını basan suyun günahkarı kimdir? - EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Bir neçə gündür ki, ölkədə yağıntıların fəsadları sırağagündən başlayaraq paytaxtda faciə ilə nəticələndi. Şəhərin bir sıra küçələri su içində qaldı, Nizami rayonunda pilləkənlərdə şəlalə yarandı, şəhərin əsas prsopektində və şəhərətrafı yollardakı tunellərdə bataqlıqlar yarandı və dünən axşam Sabunçu tunelindən 2 nəfər boğularaq ölən şəxsin meyiti çıxarııldı.
Avtosfer.az xəbər verir ki, baş verən hadisələrin fonunda dövlət nümayəndələrinin soyuqqanlılığı vətəndaşlar tərəfindəmn birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə Bakının meri Eldar Əzizovun “ola bilsin ki, tikinti zamanı nöqsanlar olub” deməsi istifadəçilərin haqlı narazılığına səbəb olub. Onlar baş verənlərin əsas günahkarının dərhal cəzalandırılmasını istəyib.
Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayımda yaranmış vəziyyəti şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, təbiət fövqəladə hal yaranarkən əvvəlcədən xəbər vermir, qurumlar bütün vəziyyətlərə hazırlıqlı olmalıdır.
“Tikinti və şəhərsalma qaydaları Bakıda kobud şəkildə pozulur. Aidiyyəti qurumlar bu məsələni ciddiyə almır. Elə düşünürlər ki, bu belə də olmalıdır. Xatırlayırsızsa, 2 il əvvəl cənab Prezidentin tapşırığı ilə yağış və Kanalizasiya sularının idarə edilməsi ilə bağlı hökumət üzvlərindən ibarət komissiya yaradıldı. Sual çıxır ortaya ki, ötən 2 il ərzində bu komissiya nə iş gördü? əgər bu qurumlar normal fəaliyyət göstərirrdisə, bu daşqın, bu sel nədir? Bakını seyrəltmək lazımdır. Dünənə qədər 50-100 nəfərin yaşadığı məhəllələri tikinti şirkətləri, tikinti maqnatları alır və yerində göydələn tikir və qanunları da tapdalayaraq kanalizasiya sistemlərini qoşurlar şəhərin ümumi kanalizasiya xəttinə. Beləcə aləm dəyir bir-birinə. Başda Ziya Məmmədov olmaqla, bu körpü və tunelləri tikənləri tapıb ortaya çıxarmaq lazımdır ki cavab versinlər. Hüquq-mühafizə orqanlarına səslənirəm. Dünən baş verən hadisə millətimizə qarşı cinayətdir. Burada insan ölümü var. Bu məsələ ciddi araşdırılmalıdır. Bakının bir nömrəli yolu, Heydər Əliyev prospektində, Bağırov körpüsünün altında gölməçə yaranır. Bu nə deməkdir?”
Ekspertin şərh etdiyi həmin canlı yayımdan olan hissəni sizə təqdim edirik:
Səfər
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










