Bakının 15 sentyabr fəlakəti – günlər qaldı

15 sentyabr – yeni tədris ili heç də bizim üçün asan olmayacaq. Çünki ötən illə müqayisədə tıxacların, sıxlığın qarşısını almaq üçün heç bir iş görülmədi, hər hansı dəyişiklik edilmədi, addım atılmadı. Yol-nəqliyyat infrastrukturu ilə bağlı bu müddət ərzində heç bir ciddi addım atılmadı, heç bir işin şahidi olmadıq. Bu bir il ərzində nə yeni metro stansiyası tikildi, nə yeni avtobuslar gətirildi, nə də alternativ yollar salındı.
Bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı qarşıda bizi gözləyən tıxac və sıxlıq barədə danışarkən deyib. Ekspert qeyd edib ki, son zamanlar ictimai nəqliyyata maraq artsa da, şəxsi avtomobildən istifadə edənlərin də sayı çoxalıb:
“İllərdir hər sentyabrda biz yollarda sıxlıq, tıxac müşahidə edirik. Ancaq bu problemin həlli üçün köklü heç bir addım atılmır. Dərslər başlayır, ölkənin dörd bir yanından paytaxta axın başlayır. Dövlət proqramı da var idi ki, iş və dərs saatları dəyişdirilsin. Bu il də bunun şahidi olmadıq. Elm və Təhsil Nazirliyi heç bir tədbir görmədi. Yenə də dərslər, işlər eyni saatda başlayacaq, yollar eyni saatda dolacaq. Həmçinin də axşam saatlarında eyni mənzərə yaşanacaq.
Həm orta, həm də ali məktəblərdə dərs saatlarında dəyişiklik edilməli idi. Hər kəs bir uşağı məktəbə şəxsi avtomobillə gətirsə, əlbəttə yollar iflic vəziyyətə düşəcək. Məktəblərin şəxsi xidməti avtobusu olmalıdır. Bu, dəfələrlə təklif edilib. Ancaq məktəb direktorları və nazirlik bu prosesdə maraqlı görünmür.
Bu il də demək olar ki, tədris ili gərginlik, tıxac və sıxlıqla müşayiət olunacaq. Deyə bilərik ki, bizi stresli bir il gözləyir”.
E. Muradlı bildirib ki, dəyişiklik üçün fundamental iş aparılmalıdır:
“Bu problemin aradan qaldırılması bir ayın, bir ilin işi deyil. Köklü tədbirlər görülməlidir. Bu da ən azı 5 ildən çox vaxt ala bilər”.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












