Bakının ən çox tıxac olan küçələri - VİDEO

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Puşkin küçələrində, həmçinin Neftçilər və Azadlıq prospektlərində araşdırmalar aparılıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, adı çəkilən küçə və prospektlərdə yol hərəkəti sxemdə göstərildiyi qaydada təşkil edilərsə günün müxtəlif saatlarında yaranan tıxac hallarının qarşısını almaq mümkün olar. Beləliklə bu yollarda hərkətin təşkili üçün başqa sxem qurulub. Yeni sxemə görə, Puşkin küçəsindən sağa və sola, Üzeyir Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq hərəkəti işıqforun əlavə seksiyasında təşkil ediləcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsində istiqamətlər arasında rezin arakəsmələr quraşdırılacaq; Puşkin küçəsi ilə hərəkət edib Neftçilər prospekti istiqamətinə çıxan avtobusların birbaşa deyil, Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələri vasitəsilə Neftçilər prospekti istiqamətində hərəkətini təmin etmək məqsədilə Puşkin küçəsində yerləşən avtobus dayanacağı götürüləcək və əvəzində Zərifə Əliyeva və Keykab xanım Səfərəliyeva küçələrində quraşdırılacaq. Bundan başqa Zərifə Əliyeva küçəsinin Puşkin və Səfərəliyeva küçələrinin arasında olan hissəsi bir istiqamətli ediləcək. Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, Azadlıq prospektinə, Zərifə Əliyeva küçəsinə və “Azadlıq” meydanının altında yerləşən avtomobil dayanacağına daxil olmasını təmin etmək məqsədilə “Giriş qadağandır” yol nişanları da götürüləcək. Azadlıq prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin Neftçilər prospektinə çıxışının təmin edilməsi, Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin sola, A.Puşkin küçəsi istiqamətində hərəkətinin təmin olunması da nəzərdə tutulur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












