Bakının “Google” xəritəsindən avtobuslar niyə yığışdırıldı?

Bakının “Google Maps” xəritəsindən ictimai nəqliyyat marşrutları yığışdırılıb.
Avtosfer.az-ın məlumatına görə, “Google Maps”də ünvana gediş üsulları seçilərkən artıq yalnız piyada, taksi və metro seçimləri görünür və avtobus seçimi olmur.
Qeyd edək ki, avtobus marşrutlarının xəritədə görünməyəcəyi ilə bağlı 1 ay öncə xəbərdarlıq edilmişdi. Belə ki, “Transit for Baku” layihəsinin iştirakçıları indiyə qədər “Google” tətbiqini könüllü olaraq bu məlumatlarla təmin etdiklərini, lakin artıq Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatları operativ şəkildə göndərmək istəmədiyi üçün martın 19-dan etibarən avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyasının dayandırıldığını, daha sonra isə məlumatın tamamilə yığışdırılacağını demişdi.
BNA isə məsələdən xəbərdar olduqlarını və bununla bağlı araşdırmalar aparıldığını demişdi. Lakin nəticə olaraq sözügedən məlumatlar proqramda yer almamağa başladı.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı rəsmi açıqlama veriləcək.
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO










