Bakının mərkəzində hərəkət qismən məhdudlaşdırılıb – FOTOLAR

Bakının Neftçilər prospektinin Nobel prospekti ilə birləşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, yolun bir qisminin bağlanmasına səbəb ərazidəki dəmiryolu relslərinin yenilənməsidir. İşin icrası ilə bağlı əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.
"Azeryolservis" ASC-nin ərazidə olan əməkdaşlarının verdiyi məlumata görə, dəmiryolu relslərinin dəyişdirilməsi ilə əlaqədar əraziyə lazımı texnika və canlı qüvvə cəlb olunub. Onların sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi tərəfindən sifariş verilən işin icrasını «Azərbaycan Dəmir Yolları» QSC və Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-i həyata keçirir.
Qeyd edək ki, sözügedən ərazidə aparılan işlə bağlı Neftçilər prospektindən Nobel prospektinə girən sürücülərə xəbərdarlıq etmək məqsədi ilə monitorlar quraşdırılıb. Eyni zamanda, yola xüsusi xəbərdarlıqedici nişanlar düzülüb. Mərhələli şəkildə həyata keçiriləcək relslərin dəyişdirilməsi oktyabrın 19-da yekunlaşacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar



















