Bakının mərkəzində uşaqların ölüm oyunu

Bakının mərkəzində uşaqların "dilənmə oyunu" yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, bu barədə Anar Bağırov adlı oxucu milli.az-a ünvanladığı müraciətində qeyd edib ki, bu gün Bakıda kiçik yaşlı uşaqların yolun ortasında həm özlərinin, həm də digərlərinin həyatı üçün təhlükə yaratdığının şahidi olub: "Mərkəzi Univermaqdan Dram Teatrına tərəf gedən yolda, Şahmat məktəbinin qarşısında 3-4 uşaq avtomobillərə yaxınlaşıb dilənirdilər. Lakin bəzən istədiklərini əldə etməyəndə maşındakılardan əl çəkmir, hətta artıq hərəkət etməkdə olan avtomobilin qapısından, şüşəsindən və güzgüsündən sallanırdılar. Avtomobildəki sürücü və sərnişinlər də uşaqların bu xatasından uzaq olsunlar deyə, çıxarıb onlara pul verirdilər ki, canlarını birtəhər qurtarsınlar. Ərazinin müşahidə kameralarının nəzarətində olmasına baxmayaraq, orada olduğum müddətdə heç bir polis gəlib bu təhlükənin qarşısını almağa çalışmadı". Oxucunun fikrincə, azyaşlıların bu cür təhlükəli "dilənmə üsulu" həm uşaqların, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratdığından bununla bağlı dərhal ciddi tədbir görülməlidir. Məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmədən onlara adıçəkilən ərazidə belə halların baş verdiyi barədə məlumatın daxil olmadığını desələr də, faktla bağlı ərazinin sahə müvəkkili tərəfindən müvafiq tədbir görüləcəyinə söz verdilər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












