Bakının məşhur həbsxanası söküldü - FOTOLAR

Bakının mərkəzində yerləşən köhnə həbsxana binası sökülüb və yerində yaşayış kompleksi tikilir. Avtosfer.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə, paytaxtın Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi ilə Fəzail Bayramov və Natiq Əliyev küçələrinin kəsişməsində yerləşən bina artıq tarixə qovuşub. Burada vaxtilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsi (“Qadın həbsxanası”) və yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı müəssisə yerləşirdi. Həbsxananın yerində tikiləcək binanın özülü üçün qazıntı işləri görülüb. Tikintini hansı şirkət tərəfindən icra edildiyi məlum deyil.
Qeyd edək ki, “Qadın həbsxanası” sözügedən ünvanda 1948-ci ildən 2022-ci ilə qədər fəaliyyət göstərib. 2022-ci ildən isə müəssisənin məhkumları Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa olunan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə köçürülüb.



Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












