Bakının problemlərlə “zəngin” küçəsi: obyekt sahibləri səki və yolları “parkinq”ə çevirib - VIDEO

Paytaxtın Nizami rayonu ərazisində bəzi küçələrdə xaos hökm sürür.
Avtosfer.az xəbər verir ki, rayonun Məmmədəli Şərifli küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə birləşən hissəsindən başlayan qanunsuz parklama zonaları Əli Vəliyev küçəsinə qədər davam edir.
Yol kənarlarındakı obyektlər hərəkət zolağını zəbt edərək “ciblər” yaradıb və parkinq kimi istifadə edirlər. Bəzi obyektlər öz “parklama ərazilərinə” dəmir maneələr çəkərək “özəlləşdirib”.

Daha bir problem isə küçədə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərilərin bərbad vəziyyədə olmasıdır. Bəzi hissələrdə səkilər obyekt sahibləri tərəfindən “özəl mülkiyyətə” çevrilib, bəzi yerlərdə isə ümumiyyətlə səki yoxdur.

Piyadalar isə məcbur olub yolun hərəkət hissəsinə çıxır.
Qeyd edək ki, bu vəziyyətlə bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanladıqlarını idda edirlər. Lakin hər hansı bir tədbir görülməyib.
Səfər Əlizadə
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO












