Bakının rəisi əmr verdi: dərhal cərimə meydanına aparılsın

Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan ''surpriz'' hazırlayıb. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, artıq paytaxt küçələrində olan rayon qeydiyyatlı avtomobillərə qarşı sərt addım atılacaq. Bu barədə Bakı Şəhər Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov xüsusi əmr verib. Rəisin əmrinə əsasən, rayon qeydiyyatlı avtomobillər dərhal cərimə meydanına aparılacaq. Bu barədə sürücülərə yol patrul xidmətinin əməkdaşları məlumat veriblər. Bakıda saxlanılan rayon maşınları cərimə meydanından ancaq saat 20-dən sonra çıxa biləcək. Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmadı. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan maşınların şəhərə girişinə yasaq qoyulub. Rayon avtomobilləri Bakının girişlərində saxlanılaraq xüsusi dayanacağa qoyulur, sürücülərə şəhərə ancaq ictimai nəqliyyatla gəlmək icazəsi verilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












