Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Statistika İdarəsinin məlumatına görə, cari ilin I yarımilində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 237 milyon 70 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% çoxdur.
Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 92 milyon 100 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% çoxdur.
Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Cari ilin yanvar-iyun aylarında Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 85 milyon 623 min manat olub ki, bu da 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 65.1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə paytaxtın üç rayonunda ictimai iaşə dövriyyəsi azalıb, doqquz rayonunda isə artıb.
Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 65.1% artım) və Suraxanı (30.1% artım) rayonlarında, ən yüksək azalma faizi isə Sabuncu ( 22% azalma) və Xəzər ( 9.1% azalma) rayonlarında qeydə alınıb.
Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.
| Bakının rayonları | İctimai-iaşə dövriyyəsinin dəyəri, min manat | Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə |
| Səbail | 237 070.1 | 7.2% artıb |
| Nərimanov | 92 100.4 | 1.2% artıb |
| Nəsimi | 85 623.7 | 65.1% artıb |
| Yasamal | 71 854.3 | 2% azalıb |
| Xətai | 57 505.6 | 2.2% artıb |
| Nizami | 40 384.2 | 5.2% artıb |
| Binəqədi | 37 464.4 | 1.9% artıb |
| Xəzər | 29 596.6 | 9.1% azalıb |
| Qaradağ | 19 735.9 | 7% artıb |
| Sabunçu | 17 761.9 | 22% azalıb |
| Suraxanı | 15 526.5 | 30.5% artıb |
| Pirallahı | 3 437.8 | 11.5% artıb |
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












