Bakıya fasiləsiz su bu tarixdən etibarən VERİLƏCƏK – RƏSMİ

Bakının su təminatında əsas rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verən ərazidə təmir-bərpa işləri yekunlaşsa da, paytaxta əvvəlki qrafiklə suyun verilməsi hələ də təmin olunmayıb.
Artıq ehtiyat su anbarları da işə yaramır. Paytaxt sakinləri ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qəza yaranan ərazidə işlərin bitdiyi və suyun təminatı ilə bağlı işlərə başlandığı xəbərindən sonra böyük ümidlə su probleminin birdəfəlik həll olunduğunu zənn edirdilər. Amma durum yenə eyni olaraq qalır və paytaxt sakinləri susuzluqdan çətin duruma düşüblər.
Bu dəfə eyni problemlə bağlı redaksiyamıza Yeni Yasamal sakinləri müraciət ediblər. Çarəsiz insanlar suyun nə zaman əvvəlki qrafiklə veriləcəyi ilə maraqlanıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri 22 avqust tarixində başa çatıb:
“Su kəmərinin doldurulması prosesindən sonra artıq bu gün paytaxtın müxtəlif əraziləri su ilə təmin olunmaqdadır. Gün ərzində və 24 avqustdan etibarən suyun verilmə qrafiki əvvəlki rejimə qaytarılacaq”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












