Bakıya qaçan erməninin anasını İrəvanda maşın vurdu

Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyanın anasını maşın vurub. Avtosfer.az xəbər verir ki, apa “news.am” saytına istinadən verdiyi xəbərə görə, Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub. Bud sümüyünün sınığı ilə “Erebuni” xəstəxanasına yerləşdirilən qadın hazırda palatadadır. Müayinədən sonra əməliyyata ehtiyac olub-olmadığı məlum olacaq.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V.Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













