Bakıya yeni taksilər gətiriləcək

Bakıdakı taksilərin sayı artırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Bakı Taksi Xidməti" MMC-nin rəhbəri İlqar Qasımov deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum dövlət büdcəsindən maliyyələşdiyi üçün bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunacaq. İ.Qasımov qeyd edib ki, Bakıdakı taksilərin sayının artırılması ilə bağlı son qərarı nazirlik verəcək: "Taksilər dövlət büdcəsi hesabına alınır. Gələcəkdə taksilərin sayının artırılması ilə əlaqədar investisiya xərcləri nəzərdə tutulur. Ona görə də bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunacaq".
Bakıda yaxın gələcəkdə yalnız ağ, sarı və bənövşəyi rəngli taksilərin olacağını deyən MMC rəhbəri vurğulayıb ki, nazirlik müsbət rəy verdiyi təqdirdə qurum yenə də "London taksi"ləri almağı düşünür: "London taksiləri, həqiqətən də, sərnişindaşınma üçün bilavasitə istehsal olunmuş avtomobillərdir. Ona görə də bizim inkişaf planlarımız bu avtomobillərlə xidməti təşkil etməkdir. Ancaq gələcəkdə sərnişinlərin müxtəlif kateqoriyalarına, seqmentlərinə düzgün və tələb olunan xidmətlərin təqdim olunması üçün digər avtonəqliyyat vasitələri də xidmətə buraxıla bilər".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












