«Baku Bus»dan polislərə güzəşt açıqlaması

Polis əməkdaşlarının «Baku Bus» MMC-yə məxsus avtobuslardan pulsuz istifadəsi ilə bağlı məsələ geniş müzakirələrə səbəb olub. MMC-nin avtobuslarını idarə edən sürücülər mülkü geyimdə olan polislərdən gedişhaqqı tələb edirlər və bu göstərişin rəhbərlik tərəfindən verildiyini bildirirlər. Amma bu gün hüquqşünas Ərşad Hüseynov Avtosfer.az.az açıqlamasında bildirdi ki, qanunvericilik polislərin formada olub-olmamasından asılı olmayaraq avtobusdan vəsiqəni təqdim etməklə pulsuz istifadəsinə imkan verir.
Məsələ ilə bağlı «Baku Bus» MMC də Avtosfer.az-a açıqlama göndərib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik: ««Baku Bus» MMC-yə məxsus avtobuslarımızda bütün sərnişinlər gediş haqlarının ödənilməsi ilə bağlı Tarif Şurasının müəyyənləşdirdiyi məbləği vahid «Bakı Kart»-ları vasitəsilə ödəyirlər. Bildiyiniz kimi, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt edilir. Bu güzəşt qanunvericilikdə nəzərdə tutulduğu qaydada 8 xəttimizin hər birində keçərlidir».
«Baku Bus» MMC polis əməkdaşlarının formada olmadığı halda sürücülərin gedihhaqqı tələb edib-etməyəcəyi məsələsi ilə bağlı suala cavab verməyib.
Elməddin
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!
Sabah metroda qatarların qrafiki dəyişəcək










