"Baku Bus"dan qəza düyməsini basan sərnişinlərə xəbərdarlıq

"BakuBus" MMC avtobuslardakı qəza düymələrindən istifadə ilə bağlı sərnişinlərə çağırış edib. Avtosfer.az xəbər verir ki, MMC-nin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkədə yazıb ki, sərnişinlər çox vaxt qəza düyməsindən dayanacaqdan kənarda düşmək məqsədilə istifadə edirlər. Bu isə yolverilməzdir. N.Allahyarova qeyd edib ki, fotodakı bu düymə qəza çıxışının düyməsidir. Ondan ancaq qəza və ya fövqəladə hadisə zamanı istifadə etmək tələb olunur: "Bəzi sərnişinlər sürücünün dayanacaqdan kənarda saxlamadığını gördükdə, acıq edərək işıqforda bu düyməni basır. Düymə basılanda qapılar avtomatik sıxılaraq açılır və qapı açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Sürücü məcbur olur ki, düşsün və qapının əvvəlki vəziyyətini bərpa etsin. Nəticədə həm vaxt itkisi, həm də arzuolunmaz mübahisəyə yol açılır". O əlavə edib ki, sərnişinlərin bütün istəkləri nəzərə alınır: "Ancaq bu istəklər qaydalara və standartlara ziddirsə, heç bir halda qəbul edilə bilməz. Dünyanın heç bir ölkəsində avtobus sərnişinləri evlərinin yaxınlığına qədər daşımır".
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?










