“BakuBus”da BİABIRÇILIQ - Sürücü yüksək səslə meyxanaya qulaq asdı - SƏS YAZISI

Gündəlik həyatımızda müxtəlif nəqliyyat vasitələrindən davamlı olaraq istifadə edirik. Amma davranış qaydalarının ən çox pozulduğu yerlərdən biri də ictimai nəqliyyat sahəsidir. Avtobuslarda hər bir sərnişinin əməl etməli olduğu kimi, sürücülərin də müəyyən davranış qaydaları var. Hansı ki, bütövlükdə ictimai nəqliyyatda davranış qaydaları bütün insanlar üçün eyniyyət təşkil edir.
Avtosfer.az xəbər verir ki, bu günlərdə “BakuBus”a məxsus 120 E nömrəli ekspres marşrutunun sürücüsü davranış qaydalarını pozub. İçərisi sərnişinlə dolu avtobusda sürücü yüksək səslə meyxanaya qulaq asıb. Bu azmış kimi musiqiyə bir qədər də səs verərək aşağı enib və avtobusdan kənarda yola düşmə vaxtını gözləyib. Palatka toyunu xatırladan avtobusdakı vəziyyət sərnişinləri özündən çıxarıb. Meyxananı dayandırması üçün çöldən sürücünü çağırsalar da, eşitməyib. Bir qədər sonra sürücü avtobusa, öz yerinə qalxıb. Elə o anda da çoxsaylı etirazlar başlayıb və sürücü musiqini dayandırıb.
Xatırladaq ki, "BakuBus" 120 E nömrəli müntəzəm marşrut xəttini yeni- konkret desək sentyabrın 18-dən etibarən istifadəyə verib.
Bu avtobuslar "28 May" metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edir.
Qeyd edək ki, ictimai nəqliyyat vasitələrində yüksək səslə musiqi və radio dinləmək İnzibati Xətalar Məcəlləsinin 322.0.6-cı maddəsində yer alır. Burada qeyd olunur ki, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audiocihazlardan istifadə edilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.
Onu da bildirək ki, avtobusda sürücü tərəfindən səsləndirlən meyxananı sərnişinlərdən biri telefonun səs yazısına köçürüb.
Məsələ ilə bağlı “BakuBus”a sorğu ünvanladıq. Qurumun mövqeyini dərc etməyə hazırıq.
Həmin səs yazısını təqdim edirik:
Mənbə: Bizim.Media
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












