"BakuBus"dan sərnişinlərə inanılmaz sürprizlər

"BakuBus" sərnişinlərə bir neçə sürpriz hazırlayır. Bu barədə milli.az-a "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, "BakuBus"da sərnişinləri sevindirəcək yeni layihələr üzərində iş gedir: "9 Noyabr - Dövlət Bayraq Günü ilə əlaqədar "BakuBus" MMC-yə məxsus avtobuslar Azərbaycan bayraqları ilə bəzədilmişdi. Bu aksiya ilə biz bildirdik ki, vətənpərvərliyi təkcə söz yox, həm əməldə də göstərmək lazımdır. "BakuBus" bayraq aksiyası vətəndaşlar tərəfindən də çox böyük rəğbətlə qarşılandı. Onların çoxu bunu xoş sürpriz adlandırdı. Bildiririk ki, bizim sərnişinlər və Bakı sakinləri üçün bundan sonra xoş sürprizlərimiz çox olacaq. Bununla bağlı şirkət tərəfindən bir neçə təklif hazırlanıb. Onlardan hansısa razılaşdırılsa və barəsində yekun qərar qəbul edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".
N.Allahyarova qeyd edib ki, yaxın günlərdə bu layihələrdən biri ictimaiyyətə açıqlanacaq. Lakin "BakuBus"ın sözçüsü onun nədən ibarət olduğu barədə məlumat verməyib.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










